IQNA

Yəməndə əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə ‘Vəhdət həftəsi’ keçirilir - FOTO

9:56 - November 12, 2019
Xəbər sayı: 3486126
Noyabrın 10-u Yəmənin bir çox şəhərində əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə “Vəhdət həftəsi” mərasimləri keçirilib.
Noyabrın 10-u Yəmənin bir çox şəhərində əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə “Vəhdət həftəsi” mərasimləri keçirilib.
 Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, paytaxt Səna başda olmaqla, ölkənin İbb, Hudeyda, Damar, Taiz, Saada, Əl-Cəuf və digər şəhərlərində şiə və sünni olmaqla milyonlarla müsəlman Rəsulallaha (s) məhəbbətlərini təzahür etmək üçün küçələrə çıxıblar.
Ən izdihamlı bayram mırasimi paytaxt Sənanın Əl-Səbin meydanında keçirilib. Milyonların iştirak etdiyi mövlud mərasimində Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husinin geniş ekranda xalqa təbrik çıxışı da verilib.
Seyid Əbdülməlik Əl-Husi çıxışında Yəmən xalqının iradəsini sarsılmaz bir iradə kimi səciyyələndirib.
Seyid Əbdülməlik çıxışında Səudiyyə rejimi və koalisiyasının Yəmənə qarşı müharibə başlatmasından etibarən Yəmənin işğal altında saxladığı ərazilərində 120 milyon barrel neftini talan etdiyini söyləyib.
Əl-Husi səudiyyəli təcavüzkarlar və koalisiyadakı qüvvələrinin Yəmənə qarşı işğal və hücumlarının onlar üçün də mənfi nəticələri olduğunu bildiklərini xatırladaraq, belə deyib: “Düşmənin hücumları Yəmənin hərbi təchizat baxımından irəliləməsi və inkişafına vəsilə oldu. Müharibə, sanksiya və sonda Yəmənin təslim olmasını istəyənlərin işlərinin sonu boş və məyusluqdur”.
Ənsarullahın lideri region ölkələrinin İraq və Livanda baş verən hadisələrin yaşanması üçün düşmənə fürsət verməməli olduğunu söyləyərək, belə deyib: “İraq və Livandakı hadisələr, şübhəsiz ki, Amerika və sionist İsrail rejiminin arzularının reallaşmasıdır”.
Seyid Əbdülməlik ölkəsinin sionist İsrail rejiminə qarşı mövqeyini da açıqlayıb: “İsrail rejimi qəsbkar bir rejimdir və Yəmən millətinin irqçi İsrail rejiminə qarşı cihadda olması şübhəsiz bir həqiqətdir”.
 
 
 
 
 
 
 
 
 
 
 
Teqlər: iqna ، yəmən ، səna ، Ənsarullah ، mövlud ، məbəs ، besət ، sünni ، şiə ، bayram
captcha