IQNA

Rum və Tehran arasında dinlərarası dialoq konfransı başladı

22:50 - November 11, 2019
Xəbər sayı: 3486125
Bu dialoq İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının Mədəniyyətlər və Dinlər Mərkəzi ilə Vatikan Papalıq Şurasının arasında keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 11 Noyabr 2019-cu il, İran İslam Respublikası ilə Vatikan arasında hər iki ildə bir dəfə keçirilən 11-ci dinlərarası dialoq Tehranda öz işinə başlayıb.   

Bu dialoq İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının Mədəniyyətlər və Dinlər Mərkəzi ilə Vatikan Papalıq Şurasının arasında keçirilir.

Konfransın açılış mərasimində İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman, Mədəniyyətlər və Dinlər Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmmədmehdi Təsxiri və Vatikanın Papalıq Şurasının rəisi kardinal Miguel Angel Ayuso Guixot iştitak ediblər.

 "Müsəlmanlar və xristianların insanlığa birgə xidməti" adlı bu dinlərarası konfrans sabah da davam edəcək.  

Dialoq "şəxsin hüquqları və məsuliyyəti", "ailə və cavanların təlimi", "müsəlmanlar və xristianların insanlığa birgə xidməti" və "müsəlmanlar və xristitanlar baxımından beynəlxalq cəmiyyətə xidmət" adlı dörd paneli ehtiva edəcək.

Bu iki günlük toplantıda müsəlman və xristian alimlər "fərdi hüquqların yayılmasə və fərdlərin cəmiyyətdə məsuliyyəti xristianlıq baxımından", "hüquq və ədalətin sərhədləri", "ailə və cavanların maarifləndirilməsi", "tolerant dünyada həyat tərzi", "beynəlxalq cəmiyyətə xidmət etmək İslami baxışda", "müsəlman və xristianların əlaqələrində maraqlar və dəyərlər" və sair mövzuda məqalələrini təqdim edəcəklər.

Qeyd edək ki, bu dialoq 1994-cü ildən başlayıb və hər iki ildə bir dəfə Tehran və Rum arasında növbə ilə keçirilir.

https://iqna.ir/fa/news/3856196/

Teqlər: rum ، vatikan ، tehran ، dinlərarası ، dialoq
captcha