IQNA

BƏƏ-nin qadınlar arasında beynəlxalq Quran yarışları başa çatdı

22:23 - November 11, 2019
Xəbər sayı: 3486123
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində keçirilən qadınlar arasında 4-cü beynəlxalq Qurani-Kərim yarışları keçən həftənin Şənbə günü (9 Noyabr 2019) başa çatıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində keçirilən qadınlar arasında 4-cü beynəlxalq Qurani-Kərim yarışları keçən həftənin Şənbə günü (9 Noyabr 2019) başa çatıb.

Şeyxə Fatimə bint Mübarək adına keçirilən xanımlar arasında beynəlxalq Quran hifzi yarışlarının qalibləri yekun mərasimində elan ediliblər.

Yekun mərasimində Nurə Xəlifə Süveydi (BƏƏ-nin Qadınlar Birliyinin direktoru), Quran müəssisələrinin nümayəndələri və Quran hifzi mərkəzlərinin müdirləri iştirak ediblər.  

Mərasimdə yarışların ilk on yerlərini qazananlar mükafatlandırılıblar. Birinci yeri İngiltərədən Həlimə Əbdünnasir Müəllim Əhməd, ikinci yeri Fələstindən Asil Əli Məhəmməd Əbu Səlah qazanıb. Üçüncü yeri isə Cənubi Afrikadan Əminə Həndraks və Ameirkadan Ovə Məhəmməd Səlad bölüşüblər.

Zeynəb bint Süleyman bin Səid (Oman), Fatimə bint Fovzi (Tunis), Həfsə Məhəmməd Osman (Mavritaniya), Səxnə Drami (Seneqal), Həlimə Mərav (Əlcəzayir) və Ayişə Məhəmməd Əmin beşincidən onuncuyadək yerləri əldə ediblər.    

https://iqna.ir/fa/news/3855825

اعلام نفرات برتر مسابقات بین‌المللی قرآن بانوان دبی/ ایران بدون رتبه 
 
captcha