IQNA

Belarusiya İrana 23 əlyazma kitab nüsxəsi hədiyyə etdi

22:28 - November 04, 2019
Xəbər sayı: 3486084
Belarusiyanın milli kitabxanası İran ilə mədəni və elmi əlaqələrin genişləndirilməsi yönündə Rus dilində yazılmış 23 əlyazma kitab nüsxəsinin İran İslam Respublikasının milli kitabxanasına hədiyyə edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belarusiyanın milli kitabxanası İran İslam Respublikası ilə mədəni və elmi əlaqələrin genişləndirilməsi yönündə Rus dilində yazılmış 23 əlyazma kitab nüsxəsinin İran İslam Respublikasının milli kitabxanasına hədiyyə edib.

Bu barədə İran İslam Respublikasının milli kitabxana və sənədlər təşkilatının ümumi əlaqələr şöbəsi məlumat yayıb.

Belarusiyanın Minsk şəhərində yerləşən milli kitabxana 90 ildir ki, bu xalqın sənədli milli irsini toplamaqla məşğuldur. Kitabxana Belarus xalqı barədə milli sənədlərdən və qədim əlyazma nüsxələrdən ibarət olan 10 milyon mənbəni ehtiva edir.

Kitabxanada dəvə sümüyü, müxtəlif ölçülərdə kitablar, məşhur incəsənət adamlarının portretləri, qədim şer kitablarının əlyazmaları, Nizami Gəncəvi və Əttar Nişaburinin şerlər divanın əlyazma nüsxələri mövcuddur.  

https://iqna.ir/fa/news/3854683

captcha