IQNA

Madrasın alim məhkəməsi qədim nüsxənin İngiltərəyə aparılmasına icazə verdi

8:12 - November 03, 2019
Xəbər sayı: 3486082
Hindistanın Madraş şəhərinin ali məhkəməsi bu ölkənin qədim əlyazma Quran nüsxəsindən bir vəqərinin araşrılması və kitabət tarixinin öyrənilməsi üçün İngiltərəyə göndərilməsinə icazə verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Madraş şəhərinin ali məhkəməsi bu ölkənin qədim əlyazma Quran nüsxəsindən bir vəqərinin araşrılması və kitabət tarixinin öyrənilməsi üçün İngiltərəyə göndərilməsinə icazə verib.

Tamil Nadu əyalətinin Madraş şəhər məhkəməsinin icazəsi ilə qədim Quran nüsxəsinin bir vərəqi qədimiliyinin tarixinin öyrənilməsi üçün İngiltərənin Oksford universitetinə göndəriləcək.

Hindistanın Arxeoloji Araşdırmalar Mərkəzi Əminullah adlı şəxsin sahib olduğu qədim Quran nüsxəsinin ölkədən çıxarılmasına və bu nüsxənin İngiltərəyə göndərilməsinə qarşı olduğu üçün məhkəmə bu işə qarışıb.

Əminullahın şəxsi kitabxanasına aid olan bu Quran nüsxəsinin uzunluğu 2 sm. və eni 1.5 sm. olan bir vərəqi tədqiqat üçün Oksforda göndəriləcək.

Tamil Nadu əyalətinin Madraş şəhər məhkəməsi bu Quran nüsxəsinin yazılı olmayn səhifələrindən birinin İngiltərəyə göndərilməsi ilə razılaşıb.  

https://iqna.ir/fa/news/3854026

captcha