İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya parlamenti bu ölkənin idman yarışları zamanı stadionlarda namaz qılmağın asanlaşması üçün qanuna yeni əlavələr edəcək.
Rusiya parlamentinə təklif edilən qanun layihəsində idman yarışlarını təşkil edən qrumlardan müsəlman iştirakçılar və tamaşaçılara məzhəbi və dini ayinlərinə əməl etmək üçün lazım olan şəraitin yaradılması tələb edilib.
Dumaya göndərilən bu layihə qanunla təmin edilərsə, idman yarışlarında iştirak edən namazqılanlar üçün xüsusi məkanlar nəzərdə tutulacaqdır.
Bu layihənin tərəfdarları elan ediblər ki, layihə beynəlxalq qanunlara, dini azadlıq və insan haqları tələblərinə uyğun şəkildə hazırlanmışdır.