IQNA

İranın Hindistanda incəsənət və əl sənayesi sərgisi açıldı – Foto

12:30 - July 03, 2019
Xəbər sayı: 3485444
İran İslam Respublikasının "İran incəsənəti və əl sənayesi" sərgisi İİR-nın Hindistandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Yeni Dehli şəhərində öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının "İran incəsənəti və əl sənayesi" sərgisi İİR-nın bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Yeni Dehli şəhərində öz işinə başlayıb.

"İran incəsənəti və əl sənayesi" sərgisi İran İslam Respublikasının Hindistandakı Mədəniyyət Əlaqələri İdarəsi və Yeni Dehlinin "İndra Qandi" adına milli incəsənət mərkəzinin həmkarlığı ilə ilə keçirilir.

Yeni Dehlinin "İndra Qandi" adına milli incəsənət mərkəzində keçirilən "İran incəsənəti və əl sənayesi" sərgisinin açılış mərasimi dünən, həftənin ikinci günü, 2 İyul 2019-cu il, keçirilib.

Açılış mərasimində İran İslam Respublikasının Hindistandakı səlahiyyətli səfiri Əli Çəgini, İİR-nın Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Dehgahi, Hindistanın Milli Cəmiyyət universitetinin vitse-prezidenti Nəcmə Əxtər, İCCR mərkəzinin baş katibi Ekliş Mişra, bəzi diplomatlar, mədəni aktivistlər və İndra Qandi mədəniyyət mərkəzinin məsulları iştirak ediblər.

"İran incəsənəti və əl sənayesi" sərgisi İranın Simorğ musiqi qrupunun icarası ilə başlayıb.

http://iqna.ir/fa/news/3824101/

captcha