IQNA

Ərəbistanda "ən gözəl Azan və Tilavət yarışları" keçiriləcək

19:01 - June 24, 2019
Xəbər sayı: 3485379
Səudiyyə tərəfindən keçirilən "1-ci beynəlxalq ən gözəl Azan və tilavət yarışları" keçiriləcək. Dəvət elanı yayılandan indiyədək yarışlarda iştirak etmək üçün 162 ölkədən 13 min nəfər ad yazdırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın təşəbbüsü ilə keçirilən "1-ci beynəlxalq ən gözəl Azan və tilavət yarışları" keçiriləcək.

Bu yarışlara dəvət üçün ilk ümumi elan cari ilin May ayının 22-də verilmişdi. Dəvət elanı yayılandan indiyədək yarışlarda iştirak etmək üçün 162 ölkədən 13 min nəfər ad yazdırmış və öz Azan və ya tilavətlərinin audioyazısını yarışların keçirilməsi komitəsinə göndərmişlər.  

Səudiyyə Ərəbistanın "1-ci beynəlxalq ən gözəl Azan və tilavət yarışları"nın ilkin mərhələsi İyul ayının 22-dək davam edəcəkdir.

Bu yarışların birinci mərhələsində iştirak etmək istəyənlər İyul ayının 22-dək qarşıdakı sayta - https://quranathanawards.com - müraciət edərək öz Azan və Quran tilavətlərini yarışlara göndərə bilərlər.  

Yarışların ikinci və seçim mərhələsi bir ay müddətində - 24 iyuldan 23 Avqustadək – canlı və birbaşa efir vasitəsilə keçiriləcəkdir.

Yarışların üçüncü mərhələsi isə yarışçıların və hakimlərin canlı efirdə çıxışı ilə 24 Avqustdan 24 Sentyabradək keçiriləcək.

Final və sonuncu mərhələ isə Sentyabr ayının 25-dən Oktaybr ayının 25-dək keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.

http://iqna.ir/fa/news/3821921/

captcha