Şəhid Dr. Mustafa Çəmran Saveyi 1310-ci ilin Mehr ayının 10-da Tehranda dünyaya göz açıb və 1360-cı ilin Xordad ayının 31-də Dehlaviyə şəhərində şəhid olub.
O, fizik və siyasətçi idi. İranın müdafiə naziri, İslam İnqilabı Şurası müvəqqəti dövlətinin rəisi, İslam Şurası Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir vəzifələrində çalışıb.
Şəhid Mustafa Çəmran İran və İraq müharibəsində "qanunsuz döyüş taktikası qərargaı"nı icad etmişdir.
Livanda "Əməl Hərəkatı"nın yaradılmasında İmam Musa Sədr ilə həmkarlıq edib.
Hicri-Şəmsi tarixi ilə 1387-ci ildə Tehran bələdiyyəsi Şəhid Çəmranın ata evini təmir edərək muzeyə çevirdi.