İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün Qəzzadakı Böyük qayıdış aksiyaları vaxtı İsrail rejimi tərəfindən açılan atəş nəticəsində 70 fələstinli yaralanıb.
Olduqca isti hava şəraitinə baxmayaraq, Qəzza əhalisi yenə izdihamla "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü"nün növbəti cüməsində bölgənin şərq sərhədində yerləşən qayıdış çadırlarına axın edib.
Dünənki cümə aksiyası "Torpaq satmaq üçün deyil" adlandırılıb. İşğalçı rejim həmçinin təcili yardımın 2 əməkdaşını yaralayıb.
VAFA agentliyin məlumatına görə, İsrail rejimi hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər.
Qeyd edək ki, “Böyük Qayıdış Yürüşü”ndə indiyədək 306 fələstinli sinonist rejim hərbiçilərinin gülləsi ilə şəhid olub, 17581 fələstinli isə yaralanıb.