IQNA

Bağdadın şərqində bir "hüseyniyyə"də partlayış baş verdi

17:42 - June 21, 2019
Xəbər sayı: 3485359
İraqın paytaxtı Bağdanın şərqində yerləşən "əl-İmam əl-Müntəzər (ə.f)" hüseyniyyəsində intiharçı terror hadisəsi törədilib. Hadisə zamanı bir neçə nəfər ölən və yaralananlar olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü (21 İyun 2019) İraqın paytaxtı Bağdanın şərqində yerləşən "əl-İmam əl-Müntəzər (ə.f)" hüseyniyyəsində intiharçı terror hadisəsi törədilib. Hadisə zamanı bir neçə nəfər ölən və yaralananlar olub.

Bu barədə "sumariya" xəbər agentliyinə İraqın təhlükəsizlik qüvvələrinin xəbər qaynağı məlumat verib. Məlumatda deyilir ki, özünə partlayıcı kəmər bağlayan intiharçı terrorist "əl-Bələdiyyat" rayonunda yerləşən hüseyniyyədə özünü partladaraq bir neçə nəfərin ölməsinə və yaralanmasına səbəb olub.

Hadisənin məsuliyyətini indiyədək heç bir qruplaşma öz üzərinə götürməyib, habelə terror zamanı ölən və yaralananların dəqiq sayı məlum deyil.

http://iqna.ir/fa/news/3821146

Teqlər: iqna ، bağdad ، terror ، intihar ، hüseyniyyə
captcha