IQNA

Bakıda ilk Dünya İslam Kulinariya Konqresi keçiriləcək

12:19 - June 21, 2019
Xəbər sayı: 3485356
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun verdiyi məlumata görə, iyulun 16-17-də Bakı şəhərində 25 islam ölkəsinin iştirakı ilə ilk Dünya İslam Kulinariya Konqresi keçiriləcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn ay Bakıda ilk Dünya İslam Kulinariya Konqresi təşkil olunacaq.
Maide.Az bildirirki, “APA-Economics”in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, iyulun 16-17-də Bakı şəhərində 25 islam ölkəsinin iştirakı ilə ilk Dünya İslam Kulinariya Konqresi keçiriləcək.
Konqres çərçivəsində Azərbaycan şirkətlərinin qida, avadanlıq və s. sektorları üzrə sərgisi təşkil olunacaq.
“Sahibkarları sərgidə iştiraka dəvət edirik”, - deyə Azpromo-nun məlumatında deyilir.
captcha