IQNA

İranda xərçəng və sonsuzluq əleyhinə dərmanlar təqdim olundu

9:15 - June 20, 2019
Xəbər sayı: 3485355
İranın səhiyyə naziri Səid Nəməki bu dərman şəhərciyinin açılış mərasimində bildirib ki, İranın dərman ehtiyacının 97 faizi ölkə daxilində istehsal olunur.

İQNA-nın verdiyi xəbərə görə, Qərbi Asiya üzrə ən iri dərman şəhərciyi dünən İranın Əlborz vilayətində açılıb və bu şəhərcikdə doqquz yeni dərman növü təqdim olunub.

İranın səhiyyə naziri Səid Nəməki bu dərman şəhərciyinin açılış mərasimində bildirib ki, İranın dərman ehtiyacının 97 faizi ölkə daxilində istehsal olunur.

"Bir milyard üç milyon dollar dəyərində olan xarici dərmanlar İran bazarı payından üç faizini özünə aid edib. Halbuki daxili dərmanlar daxili bazarın 97 faizini təmin edərək, ölkə üçün 550 milyon dollar dəyərində maliyyə yükünə malikdir.", -deyə iranlı nazir əlavə edib.

Qərbi Asiya üzrə ən iri dərman şəhərciyinin açılış mərasimində depressiyanın müalicəsi üçün istifadə olunan "Sertraline hydrochloride", kişilərdə sonsuzluğun müalicəsi üçün nəzərdə tutulan "hydrochloride Dapoxetine", qan laxtalanmasının qarşısını almaq üçün işlədilən "Tikral" və ya "Tikagrelor" ticarət adlı "oral antiplatelet" və ibtidai dəri infeksiyalarının müalicəsi üçün istifadə edilən "Fozitan" və ya "Fusidate Sodium"un təqdimatı olub.

Həmçinin bu mərasimdə artritin müalicəsi üçün nəzərdə tutulan "Osteoarthritis" dərmanının və Vitiliqo xəstəliyinin müalicəsi üçün işlədilən eyniadlı dərmanın, habelə "Rikalersel" və "Rinodermsel" adlarında iki hüceyrə məmulatının təqdimatı olub.

Süd vəzilərinin geniş yayılmış xərçənginin müalicəsi üzrə "Vinorelbine" dərmanı və infarkt keçirmiş xəstələr üçün "Edaravone" dərmanı da bu mərasimdə təqdim edilib.

Teqlər: iqna ، dərman ، iran ، xərçəng
captcha