IQNA

Avstriyada dinlərarası əməkdaşlıq mövzusunda konfrans keçiriləcək

16:06 - June 18, 2019
Xəbər sayı: 3485344
Konfransda İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman da Bakının dəvəti ilə iştirak edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin Çaharşənbə (üçüncü) günü, 19 İyun 2019-cu il, Avstriyanın paytaxtı Vyanada "Dinlər və sivilizasiyaların əməkdaşlığından insan konvergensiyasına sarı" adlı konfrans keçiriləcək.

Bu konfrans Azərbaycan respublikasının Qafqaz Müsəlmanlarının Dini İşlər İdarəsi və Bakı mədəniyyətlərarası beynəlxalq əməkdaşlıq mərkəzinin təşəbbüsü və Avstriya və Azərbaycanın xarici işlər nazirliklərinin həmkarlığı ilə keçirilir.  

Konfransda İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman da Bakının dəvəti ilə iştirak edəcək.

Bundan öncə bu konfrans 2018-ci ildə Bakı mədəniyyətlərarası beynəlxalq əməkdaşlıq mərkəzinin təşəbbüsü Almaniya və İspaniyanda da keçirilmişdir.

Vyananın Hafburg krallıq sarayında keçiriləcək bu konfransda Avropa, Asiya, Afrika və Orta Şəqr ölkələrinin diplomatları, siyasi, ictimai, dini şəxsiyyətləri və məzhəb rəisləri iştirak edirlər.

Konfransın açılış mərasimində Cenvrənin "İnsan Hüquqlarının İnkişafı Mərkəzi"nin icraçı katibi və konfransın aparıcısı İdris Cəzayiri çıxış edəcək. Sonra Azərbaycan respublikasının prezidenti İlham Əliyevin ismarıcı oxunacaq. Konfransın davamında Allahşükür Paşazadə (QMİ-nin rəisi), Feysək ibn Müəmmər (KAİCİİD-in baş katibi) və Avropa Xarici İşlər Nazirliyinin baş katibi Juhans Petrlik çıxış edəcəklər.     

http://iqna.ir/fa/news/3819948

captcha