İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada oğurlanaraq terrorçu İsrail rejiminə təhvil verilmiş Fələstinli alim Əbdül-Həlim Əşqərin barəsində hökm oxunub.
Bu barədə mətbuata fələstinli alimin həyat yoldaşı məlumat verib. O bildirib ki, Əbdül-Həlim Əşqərin vəkili Amerika məhkəməsindən onun yenidən ABŞ-a qaytarılması barədə hökm ala bilib.
Fələstinli alim Əbdül-Həlim Əşqər bir neçə gün öncə Amerikada FBİ tərəfindən oğurlanaraq qeyri-qanuni olaraq təyyarə ilə İsrailə göndərilmişdi.
Əbdül-Həlim Əşqər 2004-cü ildə HƏMAS üçün maddi yardımlar topladığına görə Vaşinqton universitetindən xaric edilmişdi. İşdən çıxarılan alim 2 il ev dustdaqlığında saxlanıldıqdan sonra isə 2007-ci ildə əldə heç bir sənəd və sübut olmadan 11 il həbsə məhkum edilmişdi.
Əbdül-Həlim Əşqər 2005-ci ildə Fələstin respublikasının prezident seçkilərində azad iştirak etmişdi.