IQNA

Xaxamlar Əqsa məscidində etikaf saxlayanlara hücum etdilər

12:57 - June 02, 2019
Xəbər sayı: 3485254
Radikal xaxam Yəhuda Glikin rəhbərliyi etdiyi bu hücumda yüzlərlə vəhşi sionist qəsəbə sakinləri də iştirak ediblər. Onlar rezin güllələr və bibər qazı ilə namazqılanları hədəfə alıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (2 İyun 2019), günün birinci yarısında, sionist İsrail hərbiçiləri və xamxamlar Əqsa məscidinin mübarək "əl-Qibla" müsəllasında etikaf saxlayan fələstinli namazqılanlara hücum edərək onlarla insana ciddi xəsarət yetiriblər.  

Radikal xaxam Yəhuda Glikin rəhbərliyi etdiyi bu hücumda yüzlərlə vəhşi sionist qəsəbə sakinləri də iştirak ediblər. Onlar rezin güllələr və bibər qazı ilə namazqılanları hədəfə alıblar.

Hadisə zamanı fələstinli cavanlı terrorçu sionist hərbiçilər, işğalçı xaxamlar və qəsəbə sakinlərinə qarşı dirəniş göstəriblər və qarşıdurma yaranıb. İsrail hərbiçiləri qarşıdurma zamanı fələstinli bir cavanı əsir götürərək naməlum istiqamətdə aparıblar.  

Qeyd edək ki, radikal və terrorçu xaxamlar "Qüdsü birləşdirmək" qondarma etiqadı ilə bu hücumları təşkil edirlər.

Onlar iddia edirlər ki, Qüdsün şərq hissəsi müsəlmanlar tərəfindən işğal edilib və müsəlmanlar (qondarma) "Süleyman heykəli" və "Əqsa məscidi"ni məhv etmək istəyirlər. Buna görə də "yalançı heykəl" qruplaşması adlanan radikal yəhudi xaxamlar qəsəbə sakinləri "Qüdsü birləşdirək" yürüşlərini keçirməyə təhrik edirlər.

http://iqna.ir/fa/news/3816553

Teqlər: fələstin ، qüds ، xaxam ، Əqsa məscidi ، iqna
captcha