IQNA

Nəcəful-Əşrəf; İmam Əlinin (ə) hərəmi

Şiələrin birinci imamı Əmirulmöminin İmam Əli ibn Əbi Talibin (ə) müqəddəs məzarı İraqın Nəcəf şəhərində yerləşir. İmam Əli (ə) hicri-qəməri tarixi ilə 40-cı ilin mübarək Ramazan ayının 19-da əməvi və xəvariclərin birgə hazırladıqları məkirli plan əsasında Abdurrahman ibn Mülcəm tərəfindən Kufə məscidində Sübh namazı qılarkən terror və şəhid edildi.
Şiələrin birinci imamı Əmirulmöminin İmam Əli ibn Əbi Talibin (ə) müqəddəs məzarı İraqın Nəcəf şəhərində yerləşir. İmam Əli (ə) hicri-qəməri tarixi ilə 40-cı ilin mübarək Ramazan ayının 19-da əməvi və xəvariclərin birgə hazırladıqları məkirli plan əsasında Abdurrahman ibn Mülcəm tərəfindən Kufə məscidində Sübh namazı qılarkən terror və şəhid edildi. Övladları və yaxınları Onu (ə) Kufənin arxa tərəfi adlanan təpəlikdə dəfn etdilər və vəsiyyətinə əsasən məzarını gizli saxladılar. Bu məzar Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə aşkar edildi. Və elə o zamanda da Əhli-Beyt (ə) aşiqlərinin ziyarətgahına çevirildi. Bu məzarın ətrafında qədim zamanlardan böyük alimlər, övliyalar, peyğəmbərlər və tanınmış şəxsiyyətlər dəfn edilib.