IQNA

Tehranın beynəlxalq Quran sərgisi bu gün başa çatır

9:59 - May 21, 2019
Xəbər sayı: 3485165
İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxaq bölməsi bu gün (21 May 2019) öz işini yekunlaşdıracaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxaq bölməsi bu gün (21 May 2019) öz işini yekunlaşdıracaq.

Beynəlxalq bölmənin yekun mərasimi bu axşam, saat 22:00-dan 23:00-dək Quran sərgisində keçiriləcək. Mərasimdə İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin "Quran və İtrət İdarəsi" müavini Abdullah Fəqəhizadə, 27-ci beynəlxalq Quran sərgisinin beynəlxalq bölməsinin məsulu Məhmud Vaizi və beynəlxalq pavilyonların məsulları iştirak edəcəklər.

İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxaq bölməsində müxtəlif İslam və Ərəb ölkələri öz Quran fəaliyyətlərini nümayiş etdirdilər.

Bu bölmənin pavilyonlarında İraq, Rusiya, Pakistan, Tunis, Yəmən, Amerika və İngiltərə - (Ali-Yasin Müəssisəsi)- kimi ölkələrin nümayəndələri ölkələrinin Quran fəaliyyətlərini təqdim edirdilər.

Qeyd edək ki, İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi" mübarək Ramazan ayının ilk günlərindən "Quran, həyatın mənası" devizi ilə başlayıb və mübarək ayın sonunadək davam edəcəkdir.   

http://iqna.ir/fa/news/3813324

captcha