IQNA

Amerikalı məşhur müğənni İslam dinini qəbul etdi - SƏBƏB

19:19 - March 22, 2019
Xəbər sayı: 3484875
O, İslam Peyğəmbəri (s) ilə bağlı hadisəni xatırladıb; Peyğəmbər (s) onun əbasının üzərində yuxuya getmiş pişiyi oyatmamaq üçün öz əbasının bir hissəsini kəsib.

Amerikalı məşhur müğənni İslam dinini qəbul etdi - SƏBƏBİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İl ərzində İslam dinini tədqiq etmiş ifaçı qadın Türkiyə səfəri zamanı müsəlman olmaq qərarı qəbul edib. Yeni Zelandiyadakı faciə də ona bu addımı atmağa təsir edib.

İslamazeri.com-un “Yeni Şafak”-a istinadən verdiyi xəbərə əsasən, məşhur ABŞ-lı caz ifaçısı Della Maylz konsert vermək üçün İstanbula səfər edib.

İl ərzində İslam dinini tədqiq etmiş ifaçı qadın Türkiyə səfəri zamanı müsəlman olmaq qərarı qəbul edib. Yeni Zelandiyadakı faciə də ona bu addımı atmağa təsir edib.

Jurnalistlərlə söhbəti zamanı müğənni qeyd edib ki, bu gün dünyada islamofobiya xəstəlik kimi yayılır. O əlavə edib ki, İslam, onun düşmənlərinin düşündüyünün tam əksidir.

O, İslam Peyğəmbəri (s) ilə bağlı hadisəni xatırladıb; Peyğəmbər (s) onun əbasının üzərində yuxuya getmiş pişiyi oyatmamaq üçün öz əbasının bir hissəsini kəsib.

“Mən çox xoşbəxtəm ki, nəhayət ki, İslamı qəbul etmək qərarını verdim. Bu, Allahın mənə olan misilsiz mükafatıdır”, - deyə o bildirib.

captcha