IQNA

Yeni Zelandiyada Azan canlı deyiləcək

11:31 - March 21, 2019
Xəbər sayı: 3484873
Casinda Ardern ölkəsində müsəlmanlar üçün təhlükəsizliyin gücləndirilməsinə çalışdığını vurğulayaraq deyib: Cari həftənin Cümə günü azan Yeni Zelandiyanın televiziya və radiolarından canlı yayımlanacaq.

Yeni Zelandiyada Azan canlı deyiləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın baş naziri xanım Casinda Ardern dünən, həftənin üçüncü günü, 20 Mart 2019-cu il, əl-Cəzirə peyk tv kanalına verdiyi müsahibədə ölkəsində müsəlmanlar üçün məscidlərdə təhlükəsizliyin gücləndirilməsinə çalışdığını vurğulayaraq deyib: Cari həftənin Cümə günü azan Yeni Zelandiyanın televiziya və radiolarından canlı yayımlanacaq.

Yeni Zelandiyanın baş naziri xanım Casinda Ardern vurğulayıb: Kirstçörç şəhərində yaşananlar fərdi terrorist addımı və şok idi. Yeni Zelandiyalı vətəndaşları namaz üçün toplandıqları yerdə qətliam etmək hədəfi ilə hücum idieologiyası məhkumdur və qəbulolunmazdır.

O əlavə edib: İslam dininin cəsədlərin dəfni barədə maarifini dərk edirik. Buna görə də terror qurbanlarının ailələrinin istəklərinə ehtiram olaraq müsəlman cəmiyyətinin dini rəhbərləri ilə həmkarlıq edəcəyik.

Casinda Ardern deyib: Yeni Zelandiya mediası terror qurbanlarının yeddinci günü, yəni cari həftənin Cümə günü Azanı birbaşa canlı yayımla verəcək, bundan əlavə ölkə üzrə iki dəqiqəlik sükut elan ediləcəkdir. Daha sonra isə terror cinayətində həlak olanların anım mərasimi keçiriləcək. Bu mərasimdə dünyanın bir çox rəhbərləri iştirak edəcəklər.

Baş nazir vurğulayıb: Dövlət rəsmiləri sülhtələb bir millətin və müxtəlif millətlərin yaşadığı Yeni Zelandiyanın etibarını qorumaq üçün bu cinayətin bütün məsuliyyətini öz üzərinə götürür. Çünki bu terror hadisəsi birbaşa bu ölkədə yaşayan müsəlmanlar əleyhinə törədilmiş bir cinayətdir.

Yeni Zelandiyanın baş naziri xanım Casinda Ardern sonda əlavə edib: Dövlət silah mülküyyəti qanunlarını islah edəcək. Çünki bu qanundakı mövcud boşluqdan məsciddə terror hadisəsini törətmək üçün istifadə edilib.    

http://iqna.ir/fa/news/3799215

captcha