IQNA

Ərəbistanın tələbələrarası Quran yarışlarında 500 nəfər iştirak edib

11:32 - January 21, 2019
Xəbər sayı: 3484557
Səudiyyə Ərəbistanın tələbələrarası Quran yarışları dünən, həftənin bazr günü, 20 Yanvar 2019-cu il, 500 nəfər qız və oğlanın iştirakı ilə Cəddə şəhər universitetində öz işinə başlayıb.

Ərəbistanın tələbələrarası Quran yarışlarında 500 nəfər iştirak edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın tələbələrarası Quran yarışları dünən, həftənin bazr günü, 20 Yanvar 2019-cu il, 500 nəfər qız və oğlanın iştirakı ilə Cəddə şəhər universitetində öz işinə başlayıb.

Səudiyyə Ərəbistanın tələbələr arasında ən böyük Qurani-Kərim yarışları Yanvar ayının 25-dək, 6 gün müddətində davam edəcəkdir.

Bu yarışlarda Səudiyyə Ərəbistanın 21 dövlət və xüsusi universitetindən 500 nəfər qız və oğlan tələbə iştirak edib.

Tələbələr Qurani-Kərimin qiraəti, təcvidi, kamil hifzi, 20 cüz hifzi, 10 cüz hifzi və 5 cüz hifzi üzrə yarışacaqlar. Qaliblər 500 min riyal nağd pul ilə mükafatlandırılacaqlar.

http://iqna.ir/fa/news/3782654

 

 

captcha