IQNA

 ƏRBƏİN zəvvarlarını qorumaq üçün təhlükəsizlik tədbirləri gücləndirildi

8:31 - October 13, 2018
Xəbər sayı: 3484046
İraqın cənub bölgələrində İmam Hüseynin (ə) ƏRBƏİN ziyarətinin piyada yürüşü mərasimində iştirak edən zəvvarların qorunması məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

 ƏRBƏİN zəvvarlarını qorumaq üçün təhlükəsizlik tədbirləri gücləndirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın cənub bölgələrində İmam Hüseynin (ə) ƏRBƏİN ziyarətinin piyada yürüşü mərasimində iştirak edən zəvvarların qorunması məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

"Rafidin əməlliyyatı" komandirinin bu barədə yaydığı bəyaniyyədə deyilir ki, Rafidin əməliyyatı, Polis qüvvələri, Zi-Qar, Miysan, Əlmusna və Vasit təhlükəsizlik qüvvələri zəvvarların təhlükəsizliyini qorumaq üçün həmkarlıq edirlər. 

"Rafidin əməlliyyatı" komandiri əlavə edib: Zəvvarların hərəkət etdiyi bütün istiqamətlərdə Patrul əməliyyatları keçiriləcək və silahlı qoşunların PUA-ları yolları nəzarətdə saxlayacaqlar.

İraqın Zi-Qar əyalətinin polis rəisi bu barədə deyib: Əyalətin bütün yolları tam olaraq yoxlanılmış və yollarda təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Əyalətin irili-xırdalı bütün yollarında patrul əməliyyatı xidmət edir.

İraq Xalq Könüllülərinin silahlı qüvvələri (Həşduş-Şəəbi) İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarını qorumaq üçün Bağdad - əl-Ənbar yollarını nəzarətə götürərək, qüvvələrini zəvvarların hərəkət marşurutlarında yerləşdiriblər.

Qeyd edək ki, bu ilin ƏRBƏİN mərasimi gələn həftədən milyonlarla insanın yürüşü ilə başlayacaqdır.

İraqın Nəqliyyat nazirinin keçən il (2017) üçün verdiyi rəsmi hesabata görə, keçən ilin ƏRBƏİN mərasimində 26 milyon civarında insan İmam Hüseyni (ə) ziyarət ediblər.    

http://iqna.ir/fa/news/3755097

Teqlər: iqna ، İraq ، Ərbəin
captcha