IQNA

Bağdadi 300 nəfər İŞİD-in edam edilməsinə hökm verdi

7:12 - October 13, 2018
Xəbər sayı: 3484043
İŞİD terrorist qruplaşmasının başçısı Əbu Bəkr Bağdadi bu qruplaşmanın 300 nəfər üzvünün edam edilməsi barədə göstəriş verib.

Bağdadi 300 nəfər İŞİD-in edam edilməsinə hökm verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terrorist qruplaşmasının başçısı Əbu Bəkr Bağdadi bu qruplaşmanın 300 nəfər üzvünün edam edilməsi barədə göstəriş verib.

Bu barədə İngiltərənin "The Daily Mail" qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, Əbu Bəkr Bağdadi həmin 300 nəfəri ona xəyanət etməkdə günahlandırıb.

İraq yerli "kiv"lərinin yaydığı xəbərlərdə İŞİD üzvlərindən edam edilənlər arasında bu qruplaşmanın mühüm adamlarının adı keçmişdir. Onların arasında Əbul-Bəra Ənsari, Seyfuddin İraqi, Əbu İsam Əltəl İfri, Əbu İman əl-Müvəhhid və Mərvan Hədid Suri də vardır.

Qeyd edək ki, İŞİD terrorist qruplaşmasının bəzi silahlı ünsürləri Əbu Bəkr Bağdadinin qərarını eşitdikdən sonra naməlum yerlərə qaçaraq gizləniblər.   

http://iqna.ir/fa/news/3755080

Teqlər: iqna ، İŞİd ، bağdadi ، Əbu bəkr
captcha