IQNA

İslam Maarifi Universiteti tələbə qəbuluna başlayıb

23:21 - October 12, 2018
Xəbər sayı: 3484042
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "İslam Maarifi Universiteti" yeni təhsil ili üçün tələbə qəbuluna başlayıb.

İslam Maarifi Universiteti tələbə qəbuluna başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "İslam Maarifi Universiteti" yeni təhsil ili üçün tələbə qəbuluna başlayıb.

Universitetdən verilən məlumatda deyilir ki, tələbə qəbulu qeydiyyatı Oktyabr ayının 20-dək davam edəcəkdir.

Həmçinin məlumatda deyilir ki, bu universitetdə təhsil alan tələbələrin mənzil və təhsil xərcələri universitet tərəfindən ödəniləcəkdir.

Bu universitetdə təhsil almaq istəyənlər lazım olan sənədlərini Kərbəla şəhərinin Həzrət Abbasın (ə) hərəminin qiblə qapısı tərəfdə yerləşən "Seyyiduş-Şühəda" təhsil kompleksinə təhvil verə bilərlər.  

http://iqna.ir/fa/news/3754999

Teqlər: iqna ، islam maarifi ، kərbəla
captcha