IQNA

Quranın elmi ecazkarlığı kursları keçiriləcək

11:59 - October 08, 2018
Xəbər sayı: 3484017
Kurslarda Quranın "bəyani" (dil, ədəbiyaat və bədiilik) ecazkarlığı, elmi ecazkarlığı, qanunvericilik baxımından ecazkarlığı (təşrii) və qeybi xəbərlər barədə ecazkarlığı dərsləri tədris ediləcəkdir.

Quranın elmi ecazkarlığı kursları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin elmi ecazkarlığının ikinci təlim kursları cari ilin Noyabr ayının 3-dən Dekabr ayının 1-dək keçiriləcəkdir.

Bu kursların təşkilatçısı İordaniyanın "Quranın Elmi Ecazkarlığı Birliyi"dir.

Qurani-Kərimin elmi ecazkarlığının ikinci təlim kursları İordaniyanın yerli vaxtı ilə hər gün günün birinci yarısında saat 10:00-dan 13:00-dək davam edəcəkdir.

Kurslar İordaniyanın "Quranın Elmi Ecazkarlığı Birliyi"nin binasında keçiriləcəkdir.

Kurslarda Qurani-Kərimin "ecazkarlığı haqqında müqəddimə elmlər", Quranın "bəyani" (dil, ədəbiyaat və bədiilik) ecazkarlığı, elmi ecazkarlığı, qanunvericilik baxımından ecazkarlığı (təşrii) və qeybi xəbərlər barədə ecazkarlığı dərsləri tədris ediləcəkdir.   

Süleyman Dəqur, Övdət Əbu Övdət, Hatəm Biştavi, Əhməd Şəhruri və Münzər Zeytun kimi məşhur ustadlar bu kurslarda tədris edəcəklər.     

http://iqna.ir/fa/news/3753713

captcha