İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, keçən həftənin Bazar günü, 7 Oktyabr 2018-ci il, İraqın Kərbəla şəhərində tarixdə ilk dəfə olaraq "uşaq teatr"ı səhnəyə çıxaraq tamaşa göstərdi.
Bu uşaq teatrı İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Uşaqların qorunması və inkişafı" mərkəzi tərəfindən icra edilib.
Kərbəla şəhərində uşaqlar tərəfindən icra olunan teatrın adı "O mənim anamdır" olub.
İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Uşaqların qorunması və inkişafı" mərkəzi rəisi Məhəmməd əl-Həsnavi deyib: Bu teatr öz növündə misilsiz və ilk idi. Teatrda müxtəllif rolları ifa edən uşaqlara İraqın peşəkar incəsənətçiləri təlim vermişdilər.
O əlavə edib ki, bu teatr "Səccadiyyə Təratili" festivalının tərkib hissəsinin proqramlarından biri olaraq keçirilib. Bu cür fəaliyyətlərin hədəfi uşaqların rəssamlıq, dastan demək və senari yazmaq və s... kimi incəsənət sahələrində istedadlarını çiçəkləndirməkdir.
Teatrın 12 yaşlı rejissoru Əli Riyaz Əsədi deyib: Bu işi bütün fədakar və zəhmətkeş analara ithaf etmişik.
Qeyd edək ki, İmam Səccadın (ə) şəhadətinin ildönümü münasibəti ilə təşkil olunan və Oktyabr ayının 5-də başlayan "Səccadiyyə Təratili" festivalı "İmam Səccadın (ə) hüquq risaləsi; barışla yaşamağın həqiqi prinsipləri" şüarı ilə üç gün müddətdinə keçirildi.