İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstində yaşayan "Druzi"lərin işğalçı sionist kennestinin "yəhudi milləti qanunu"na etiraz etməsinin ardınca terrorçu İsrail dövləti onlara "gedin Suriyada dövlət qurun" deyib.
Terrorist İsrail rejiminin baş naziri Binyamin Netanyahunun yaxın qohumu Nata İşel öz doğma yurdlarında yaşayan druzilərdən işğal edilmiş Fələstin torpaqlarından çıxmalarını və Suriya gedib özlərinə orada dövlət yaratmalarını istəyib.
Qondarma rejimin rəsmisi deyib: "Yəhudi Milləti" qanunundan bir söz belə azalmayacaq. Druzilərin bundan xoşu gəlmirsə, Suriyaya getsinlər və orada özlərinə dövlət qursunlar.
Qeyd edək ki, Druzilər İslam dininin İsmailiyyə məzhəbindən ayrılmış bir təriqətdir. Bu təriqətin davamçıları Livan, Suriya, Fələstin və İordaniyada yaşayırlar. Təriqətin dünyada 1 milyon 500 min nəfər davamçısı vardır ki, onların əskəriyyəti Suriyada yaşayırlar.