İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanda xalqın öz şəxsi imkanları çərçivəsində tikdiyi məscidlər sökülə bilər. Buna səbəb isə dövlətdən həmin məscidlərin fəaliyyəti üçün lazım olan sənədlərin alına bilməməsidir.
Bu məməsələ ölkənin Dini İdarəsi ilə inşaat sektorunun nümayəndələri arasındakı görüşdə müzakirə edilib.
Məlumata görə, Çimkənd şəhəri və Türküstan bölgəsində belə məscidlərin sayı 800-ə yaxındır.
Qazaxıstan Şəhərsalma və Tikinti Planlanma İdarəsinin məlumatına görə, son 13 ildə cəmi 8 məscidin inşasına rəsmi icazə verilib. Digər məscidlər isə qeyri-qanuni tikinti adlandırılıb və söküləcəkləri barədə xəbərdarlıq edilib.
Dövlət rəsmilərindən biri bu barədə deyib ki, icazəsiz və qanunsuz məscid tikənlər öz əlləri ilə tikdikləri məscidləri sökməlidirlər. Dövlətdən icazə almadan heç kim məscid tikə bilməz.
Qeyd edək ki, cari ilin Aprel ayında ibadət mərkəzləri ilə bağlı qanuna edilən dəyişikliklərdə məktəblərə 300 metr məsafədəki məscidlərin sökülməsi barədə də qərar verilmişdi.
http://iqna.ir/fa/news/3736540