IQNA

Kanadanın hərbi akademiyasında Quranı təhqir etdilər

23:53 - May 26, 2018
Xəbər sayı: 3483226
Hadisə Kanadanın Kebk əyalətinin "Sent Con" (Saint John) şəhərinin hərbi akademiyasında kursantlar tərəfindən keçirilən qonaqlıqda baş verib.

Kanadanın hərbi akademiyasında Quranı təhqir etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın hərbi akademiyasında zabitlik kursları oxuyan tələbələr müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi aşağılayıblar.

Hadisə Kanadanın Kebk əyalətinin "Sent Con" (Saint John) şəhərinin hərbi akademiyasında kursantlar tərəfindən keçirilən qonaqlıqda baş verib.

Quranı təhqir edən kursantlar bu murdar işlərini kameraya alıblar və daha sonra isə videosunu hərbi akademiyanın tələbələri arasında paylaşıblar.

Akademiyanın məsulları bu barədə araşdırma aparıb, hadisənin amillərinin kimlini təyin ediblər. Onlar hərbi məktəbin və həmçinin Kanadanın hərbi qanunlarını ayaqaltına atdıqları üçün cəzalanacaq və məktəbdən ixrac ediləcəklər.

Kanadanın silahlı qüvvələrinin quru qoşunları generalı Şarl Lamar bu barədə araşdırma aparılmasına əmr verib. O vurğulayıb ki, silahlı qoşunlarda dinlərin atributlarına hörmətsizlik qəti şəkildə yolverilməzdir.

Qeyd edək ki, bu ilin Mart ayında Kanadanın Antaryo əyalətinin Misisika şəhərində İslam Mərkəzinin önündə Qurani-Kərimin səhifələrini cıraraq maşınların şüşələrinə yapışdırmışdı. O, bu işini lentə alaraq müsəlmanları şeytana pərəstiş etməkdə suçlamışdı.   

http://iqna.ir/fa/news/3717585   

 

Teqlər: iqna ، kanada ، quran ، kebk ، hərbi akademiya
captcha