IQNA

İngiltərədə Quran yarışları keçiriləcək

17:28 - May 26, 2018
Xəbər sayı: 3483224
İngiltərədə yaşayan müsəlmanlar arasında Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə yarışlar keçiriləcək. Bu yarışlar İngiltərənin İslam Mərkəzi tərəfindən təşkil edilmişdir.

İngiltərədə Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə yaşayan müsəlmanlar arasında Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə yarışlar keçiriləcək. Bu yarışlar İngiltərənin İslam Mərkəzi tərəfindən təşkil edilmişdir.

İngiltərənin İslam Mərkəzinin təşəbbüsü və mübarək Ramazan ayı münasibəti ilə təşkil edilən bu yarışlar cari ilin İyun ayının 8 və 9-da həmin mərkəzdə keçiriləcəkdir.

Bu yarışlarda cins, millət və məzhəbindən asılı olmayaraq İngiltərədə yaşayan bütün müsəlmanlar iştirak edəcəklər.

Yarışlar üç yaş kateqoriyası əsasında, 15 yaşdan yuxarı, 10 yaşından 15 yaşınadək və 10 yaşından aşağılar arasına keçiriləcəkdir.

Mübarək Ramazan ayında keçiriləcək bu yarışların əsas hədəfi müsəlman millətlər və məzhəblər arasında dostluq, vəhdət və sülhün gücləndirilməsi, mədəni və elmi nümayəndələrin bir araya gəlməsi, İslami və Qurani mədəniyyət və əxlaqın müsəlmanlar arasında genişləndirilməsi, Quran fəaliyyətlərinin genişləndirilməsi və Quran sahəsində məşğul olan aktivistlər ilə tanışlıqdır.

http://iqna.ir/fa/news/3717697

برگزاری مسابقات قرآن در انگلیس

برگزاری مسابقات قرآن در انگلیس

Teqlər: iqna ، quran ، yarışq ، rəqabət ، ingiltərə ، millət ، məzhəb
captcha