IQNA

BƏƏ-də beynəlxalq Quran yarışları keçirilir

3:15 - May 26, 2018
Xəbər sayı: 3483221
Dubayın Quran yarışlarında dünyanın 104 ölkəsindən nümayəndə iştirak edir. Bu yarışlar mübarək Ramazan ayının 20-dək davam edəcəkdir.

BƏƏ-də beynəlxalq Quran yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) beynəlxalq Qurani-Kərim yarışları keçirilir.

Qurani-Kərimin hifzi və qiraəti üzə keçirilən bu yarışlar BƏƏ-nin "Dubay mükafatı 26-cı beynəlxalq Quran yarışları"dır.

Bu yarışlar cari həftənin üçüncü günü, 23 May 2018-ci il, Dubayın "Ticarət və Sənaye palatası"nın konfrans zalında açılış mərasimi keçirərək öz işinə başlayıb.

Yarışların açılış mərasimində İbrahim Məhəmməd Bu-Məlhə (Dubay mükafatı Quran yarışlarının keçirilmə komitəsinin rəisi), hakimlər heyəti və xarici qonaqlar iştirak ediblər.

İbrahim Məhəmməd Bu-Məlhə (Dubay mükafatı Quran yarışlarının keçirilmə komitəsinin rəisi), açılış mərasimində çıxış edərək deyib: "Dubay mükafatı Quran yarışları" dünyanın ən böyük Quran yarışlardan biri hesab edilir. Bu yarışlarda birinci yerin qalibinə 250 min, ikinci yerin qalibinə 200 min və üçüncü yerin qalibinə 150 min BƏƏ dirhəmi hədiyyə veriləcəkdir. 350 min dirhəm isə 4-cü yerdən 10-cu yerədək qazananların arasında bölüşdürüləcəkdir.

Qeyd edək ki, bu il, Dubayın Quran yarışlarında dünyanın 104 ölkəsindən nümayəndə iştirak edir. Bu yarışlar mübarək Ramazan ayının 20-dək davam edəcəkdir.  

Bu yarışlarda İran İslam Respublikasını Qurani-Kərimin hifzi üzrə Məhəmmədrza Zahidi təmsil edəcəkdir.  

http://iqna.ir/fa/news/3717411

 

 

 

Teqlər: iqna ، dubay ، bƏƏ ، quran yarışları
captcha