IQNA

BMT Yəməndə aclıq təhlükəsi barədə xəbərdarlıq etdi

18:48 - May 25, 2018
Xəbər sayı: 3483220
Birləşmiş Millət Təşkilatı 8.5 milyon Yəmən vətəndaşının ciddi aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib. Hazırda 22 milyon yəmənlinin təcili humanitar yardımlara ehtiyacları vardır.

BMT Yəməndə aclıq təhlükəsi barədə xəbərdarlıq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millət Təşkilatı (BMT) 8.5 milyon Yəmən vətəndaşının ciddi aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Bu barədə Birləşmiş Millət Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lukuk açıqlama verib.

O deyib: Yəməndə baş verən müharibə və hava hücumların nəticəsində humanitar işlərin gedişi ləngiyir. Hazırda 22 milyon yəmənlinin təcili humanitar yardımlara ehtiyacları vardır.

Mark əlavə edib: Qəhətlik, qida çatışmamazlığı və təhlükəsizliyin olmaması hazırda 8.5 milyon yəmənlinin canını ciddi təhlükə qarşısında qoyub.

Birləşmiş Millət Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini vurğuladı: Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hava hücumları Yəmənli vətəndaşları acınaqcaqlı duruma qoyub. Bu hücumlarda indiyədək minlərlə yəmənli həyatını itirmişdir. İndiyədək Yəmənin vəziyyəti barədə heç bir müsbət dəyişiklik olmayıb və Yəmin son 50 ilin ən acınacaqlı vəziyyətini yaşayır.

http://iqna.ir/fa/news/3717418  

Teqlər: iqna ، yəmən ، bmt ، humanitar ، səudiyyə
captcha