IQNA

Türkiyənin 500 illik Quranı İstambul muzeyin qaytarıldı - Foto

18:21 - May 25, 2018
Xəbər sayı: 3483219
Türkiyənin 500 il tarixi olan qədim və nadir əlyazma Qurani-Kərim nüsxəsi 54 ildən sonra İstambulun "Topqapı muzeyi"nə qaytarıldı.

Türkiyənin 500 illik Quranı İstambul muzeyin qaytarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin 500 il tarixi olan qədim və nadir əlyazma Qurani-Kərim nüsxəsi 54 ildən sonra İstambulun "Topqapı muzeyi"nə qaytarıldı.

Şükrüllah Xəlifənin 15-ci əsrdə yazdığı Quran nüsxəsi 1964-cü ilədək İstambulun "Topqapı muzeyin"də saxlanılıb. Həmən ildə Mədəniyyət Nazirinin göstərişi ilə Bursa şəhər muzeyinə göndərilib. Bir müddət sonra isə naməlum səbəblərdən yoxa çıxıb.

İllər sonra isə "Ziya Aydın" adlı bir hüsnxətt ustası bu əsəri təsadüfən əlyazma kitabların təmiri emalatxanalarından birində görür, alır və öz şəxsi kitabxanasında saxlayır.

Bu hadisədən 54 il sonra isə Ziya Aydının övladları Əli Sami və Əhməd bu nüsxənin İstambulun "Topqapı muzeyi"nə aid olduğunu bilir və nüsxəni İstambula qaytarırlar.

Mustafa Sabri Küçükaşcı (İstambulun Topqapı muzeyinin rəisi) bu barədə danışıraq dedi: Bu hadisədən çox xoşhalıq. Əgər Ziya Aydın bu qədim nüsxəni qoruyub saxlamasaydı, taleyinin necə olacağı məlum deyildi. Və onun övladlarına da təşəkkür edirik ki, bu qiymətli əsəri doğma ocağına qaytardılar.

Şükrüllah Xəlifənin 15-ci əsrdə (1493-1494) yazdığı bu nüsxə 304 səhifədir və hər səhifədə 14 sərt vardır.  

http://iqna.ir/fa/news/3717344

بازگرداندن نسخه 500 ساله قرآن به موزه‌ای در ترکیه

بازگرداندن نسخه 500 ساله قرآن به موزه‌ای در ترکیه

بازگرداندن نسخه 500 ساله قرآن به موزه‌ای در ترکیه

بازگرداندن نسخه 500 ساله قرآن به موزه‌ای در ترکیه

captcha