IQNA

Sionistlərin İndoneziyaya girişi qadağan edildi

13:22 - May 24, 2018
Xəbər sayı: 3483215
İndoneziya fələstinlilərin keçən həftə İsrail hərbiçiləri tərəfindən qətliam edilməsinə cavab olaraq işğal edilmiş Fələstin ərazilərində yaşayan sionist yəhudilərin İndoneziyaya girişini qadağan etdi.

Sionistlərin İndoneziyaya girişi qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziya dövləti fələstinlilərin keçən həftələr ərzində işğalçı İsrail hərbiçiləri tərəfindən qətliam edilməsinə cavab olaraq işğal edilmiş Fələstin ərazilərində yaşayan sionist yəhudilərin İndoneziyaya girişini qadağan etdi.

Qondarma və işğalçı İsrailin xarici işlər naziri Emmanuel Naşon bu barədə sionist əhaliyə xəbərdarlıq edərək deyib: İndoneziya dövləti May ayının 22-dən etibarən İsrail vətəndaşlarının bu ölkəyə girişini qadağan etmişdir. İndoneziya dövləti Fələstində baş verən son hadisələrə reaksiya olaraq İsrail vətəndaşlarına viza verməyi dayandırıb və onların İndoneziyaya girişinin qarşısını alacaq.

İsrailin xarici işlər nazirliyinin sözçüsü "Yedioth Ahronoth" qəzeti ilə müsahibəsində deyib: İsrail dövləti hazırda çalışır ki, İndoneziyanı bu qərarından çəkindirsin.

Asiyanın şərqində yerləşən İndoneziya dövləti bundan öncə də sionist rejimin Qəzza zolağında məzlum fələstinlilər əleyhinə törətdiyi vəhşi cinayətləri məhkum etmişdi.    

http://iqna.ir/fa/news/3716910

Teqlər: iqna ، indoneziya ، fələstin ، israil
captcha