IQNA

Tehranın Quran sərgisində "mən hicabı sevirəm" layihəsi

10:35 - May 24, 2018
Xəbər sayı: 3483214
"Mən hicabı sevirəm" layihəsi İranda İslami geyim tərəfdarlarının könüllü olaraq 2014-cü ildə "yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək" hədəfi ilə başlatdıqları kampaniyadır.

Tehranın Quran sərgisində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hazırda İran İslam Respublikasının paytaxtı Tehranın "İmam Xomeyni (r.ə) müsəllası"nda keçirilməkdə olan 26-cı beynəlxalq Quran sərgisində "mən hicabı sevirəm" və "hicab və iffət" layihəsi də icra ediləcək.

"Mən hicabı sevirəm" layihəsi İranda İslami geyim tərəfdarlarının könüllü olaraq 2014-cü ildə "yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək" hədəfi ilə başlatdıqları kampaniyadır.

Bu kampaniya ümumi kütləni hicaba dəvət etmək, hicabda olanları həvəsləndirmək və əqidələrini möhkəmləndirmək və həmçinin insanları milli və dini mədəniyyət barədə diqqətli olmağa dəvət məqsədi ilə keçirilir.

"Hicabı sevirəm" kampaniyası İranın geyim və dəblərə nəzarət və istiqamət verilməsi komitəsinin təşəbbüsü və "hicab və iffət müəssisələri"nin həmkarlığı ilə Tehranın "İmam Xomeyni (r.ə) müsəllası"nda keçirilməkdə olan 26-cı beynəlxalq Quran sərgisində də icra ediləcək.

Layihənin icrası zamanı İranın yeni dini və milli geyimlərinin təqdimatı olacaq və həmçinin istehsal olunan xüsusi mallar endirim qiymətləri ilə satışa çıxarılacaqdır.

Qeyd edək ki, İran İslam Respublikasının 26-cı beynəlxalq Quran sərgisi "Quran hidayət çilçırağı" devizi ilə May ayının 21-də başlayıb və İyun ayının 4-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3717000

captcha