IQNA

Ramazan ayının ortalarında Tanzaniyada Quran yarışları başlayır

10:21 - May 23, 2018
Xəbər sayı: 3483211
"Tanzaniyanın Beynəlxalq Quran Mükafatı" rəsmi adı ilə keçirilən bu yarışlar mübarək Ramazan ayının 15-də, həftənin Cüməaxşamı günü başlayacaqdır.

Ramazan ayının ortasında Tanzaniyada Quran yarışları başlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının ortalarında Tanzaniyanın beynəlxalq Qurani-Kərim yarışları başlayacaqdır.

"Tanzaniyanın Beynəlxalq Quran Mükafatı" rəsmi adı ilə keçirilən bu yarışlar mübarək Ramazan ayının 15-də, həftənin Cüməaxşamı günü başlayacaqdır.

Bu yarışlarda iştirak edənlər bir həftə müddətində Qurani-Kərimin hifzi üzrə yarışacaqlar.

Tanzaniyanın İslami İşlər Ali Şurasının təşkil etdiyi bu yarışlarda keçən il dünyanın 20 ölkəsinin nümayəndələri iştirak etmişdilər.

Qeyd edək ki, Tanzaniya respublikası Afrikanın şərqində yerləşir və əhalisinin 40 faizi müsəlmandır.

http://iqna.ir/fa/news/3716622

captcha