İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İspaniyanın Madrid şəhərində İran İslam İqnilabının dahi rəhbəri Həzrət Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 29-cu ildönümü münasibəti ilə "İmam Xomeyninin irfani təfəkkürürün araşdırılması" konfransı keçiriləcəkdir.
Bu barədə İran İslam Respublikasının İspaniyanın Madrid şəhərində yerləşən Mədəniyyət İşləri İdarəsinin məsulu Əlirza İsmayili məlumat verib.
Bu konfrans İyun ayının 4-də, həftənin birinci günü, Madridin "sülh üçün müsəlmanlar müəssisəsi"ndə keçiriləcəkdir.
Konfransda Höccətul-İslam vəl-müslimin Seyid Əli Musəvi (irfan və fəlsəfə araşdırmaçısı), Raul Qonzales Burens (ispaniyalı İslamşünas), Şeyx İbrahim Amal (İslami elmlər araşdırmaçısı) və İran İslam Respublikasının mədəniyyət mərkəzinin məsulları iştirak edəcək və İmam Xomeyninin irfani görüşlərini müzakirə edəcəklər.
http://iqna.ir/fa/news/3716798