IQNA

İsrail əsgərləri ağac əkən fələstinliləri güllələdi

15:09 - February 16, 2018
Xəbər sayı: 3482792
Qərbi Şəriənin Nablus şəhərində sionistlərin zəbt etmək istədiyi Beyta bölgəsinə zeytun ağacları əkmək istəyən fələstinlilərə sərt müdaxilə edilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Qərbi Şəriənin Nablus şəhərində sionistlərin zəbt etmək istədiyi Beyta bölgəsinə zeytun ağacları əkmək istəyən fələstinlilərə sərt müdaxilə edilib.

Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki, İsrail hərbiçiləri dinc əhaliyə gözyaşardıcı qaz, həqiqi və plastik mərmilər istifadə ediblər. Hadisə nəticəsində yaralananlar olub.
Beyta Bələdiyyəsinin sədri Fuad Məali bildirib ki, yəhudi işğalçılar hazırda fələstinlilərə məxsus əraziləri zəbt etməyə davam edirlər. Məlumata görə, bölgədə çoxlu sayda prefabrik evlər yerləşdirilib.
Teqlər: iqna ، fələstin ، sionist
captcha