IQNA

Bəhreynin “İQRƏ” milli Quran yarışlarında müxtəlif millətlərdən iştirakçı var

8:28 - February 14, 2018
Xəbər sayı: 3482782
Bəhreynin “İQRƏ” milli Quran hifzi yarışlarının final mərhələsində bu ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak edəcəklər. Final mərhələsində 61 nəfər Quran hafizi yarışacaqdır.

Bəhreynin “İQRƏ” milli Quran yarışlarında müxtəlif millətlərdən iştirakçı varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin “İQRƏ” milli Quran hifzi yarışlarının final mərhələsində bəhreynli vətəndaşlarla birgə bu ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri də iştirak edəcəklər.

İlkin mərhələsində 600 nəfərin iştirak etdiyi bu yarışların final mərhələsində 61 nəfər Quran hafizi yarışacaqdır.

Bu yarışlar Bəhreynin “Qurana xidmət birliyi”ini təşəbbüsü ilə iki bölmədə, qadınlar və kişilər arasında keçiriləcəkdir.

Quran hifzi yarışlarının final mərhələsi cari həftənin şənbə günü, Fevral ayının 17-də və sonrakı həftənin şənbə günü, Fevral ayının 24-də iki növbədə, günün birinci və ikinci yarısında, Quranın 3 cüz, 5 cüz, 10 cüz, 15 cüz və kamil hifzi üzrə keçiriləcəkdir.

Bəhreynin Quran hifzi yarışlarının final mərhələsi Mənamənin şərqində Qəzibiyyə əyalətinin Cüfeyr şəhərinin “Fateh İslam Mərkəzi”ndə təşkil ediləcəkdir.

Quran yarışlarının keçirilməsinin əsas hədəfi cəmiyyətdə Qurani- Kərimin əhəmiyyətinin bilinməsi, cəmiyyətin Quranla ünsiyyət qurması və Quran əxlaqının cəmiyyətdə yayılması və inkişafıdır.

http://iqna.ir/fa/news/3691008

Teqlər: iqna ، bəhreyn ، quran ، hifz ، qiraət
captcha