IQNA

Kanadada “İslam peyğəmbərinə (s) məktublar” sərgisi

8:29 - February 13, 2018
Xəbər sayı: 3482779
Kanadanın paytaxtı Otava (Ottawa) şəhərinin “ər-Rövzə” məscidi müsəlmanların Həzrət Məhəmmədə (s) sevgilərini göstərmək üçün “İslam peyğəmbərinə (s) məktublar” sərgisinə evsahibliyi edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “mKanadada “İslam peyğəmbərinə (s) məktublar” sərgisiuslimlink.ca” xəbər portalına istinadla verdiyi xəbərə görə, Kanadanın paytaxtı Otava (Ottawa) şəhərinin “ər-Rövzə” məscidi müsəlmanların Həzrət Məhəmmədə (s) sevgilərini göstərmək üçün “İslam peyğəmbərinə (s) məktublar” sərgisinə evsahibliyi edəcəkdir.

Hər ildə bir dəfə keçirilən bu sərgi cari həftənin Cümə günü, Fevral ayının 16-da, yerli vaxtla gecə saat 19:00-dan 22:00-dək “Rövzə Təlim Müəssisəsi”nin təşkilatçılığı və “İslam Peyğəmbərinə (s) ən yaxşı məktub” yarışı ilə keçiriləcəkdir.

Bu sərginin keçirilmə hədəfi müsəlmanların Həzrət Məhəmmədə (s) ülvi hislərinə və sevgilərini göstərməkdir.

“Rövzə Təlim Müəssisəsi” 2016-cı ildə Kanadanın Otova şəhərində İslam peyğəmbərinin əxlaqi sirəsini (s) və İslam dininin maarifini təlim məqsədi ilə təsis edilmişdir.

Bu müəssisə hər həftə Ərəb, İngilis və Fransız dillərində İslam maarifi təlim kursları, alimlərlə görüş və moziə məclisləri təşkil edir.

http://iqna.ir/fa/news/3690926

Teqlər: iqna ، kanada ، otova ، sərgi
captcha