IQNA

Alabamanın qırmızı aypara qərargahında pulsuz tibbi xidmətlər

8:32 - February 13, 2018
Xəbər sayı: 3482778
ABŞ-ın Alabama əyalətinin Hoover şəhərində müsəlmanların qırmızı aypara cəmiyyətinin klnikasında 16 müsəlman həkim həftənin bazar günləri miqrant xəstələrə pulsuz xidmət edirlər.

Alabamanın qırmızı aypara qərargahında pulsuz tibbi xidmətlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Alabama əyalətinin Hoover şəhərində müsəlmanların qırmızı aypara cəmiyyətinin klnikasında 16 müsəlman həkim həftənin bazar günləri tibbi sığortaları olmayan ehtiyaclı müsəlman və qeyri- müsəlman mühacir və miqrant xəstələrə pulsuz tibbi xidmət göstərirlər.

Bu klinkanın tibb işçiləri həftənin bazar günləri yerli vaxtla saat 14:00-dan 16:00-dək pasyentlərə pulsuz tibbi və laboratoriya xidmətləri göstərirlər. Onlar Ərəb, İngilis, İspan və Urdu dillərini bilir və digər dillər üçün də ehtiyac olarsa, tərcüməçidən istifadə edirlər. 

Alabama müsəlmanları bu qırmızı aypara cəmiyyətini İslama qarşı yaranmış mənfi fəzaya cavab vermək hədəfi ilə təsis ediblər. Bu klnikanın təsisçilərindən olan Təlhə Malik ki, 2001-ci ildə Pakistandan Nyu- Yorka tibbi təhsilini davam elətdirmək üçün gəlib, bu barədə deyir: Amerikada xarici vətəndaşlar tərəfindən idarə edilən xəstəxanlara gördükdən sonra bu qərara gədik ki, biz də müsəlmanlar adına belə bir addım ataq.

O əlavə edir: Burada irqi ayrıseçkilik bəzən hiss olunandır və bəzən də rəhimsizdir. Amma bu məsələ heç vaxt müsəlman həkimlərin yerli amerikalılara qarşı ikili davranışına səbəb olmamış və müsəlman həkimləri onların müalicəsində süst etməmişdir. 

Təlhə Malik bu klinikaya müraciət edənlərin 40 faizinin qeyri- müsəlman olduğunu vurğuladı və bildirdi ki, mənim fikrimcə insanların İslama mənfi yanaşması onların zatı xisləti deyil, sadəcə İslamı yanlış dərk ediblər və biz müsəlman həkimlər öyrənmişik ki, kimsəsiz insanlara, qadınlara, ehtiyaclılara və kasıblara qarşı mehriban olaq.

http://iqna.ir/fa/news/3690798

captcha