IQNA

22 Bəhmənin xarici nümayişçiləri arasında İnqilab broşürü paylandı

12:12 - February 11, 2018
Xəbər sayı: 3482770
İsfahanın “Nasiriyyə” dini elmi mədrəsəsi İslam İqnilabının öldünümü münasibəti ilə İmam Xomeyni (r.ə) meydanında 22 Bəhmən yürüşündə iştirak edən xaricilərin arasında İnqilab broşürü payladı.

22 Bəhmənin xarici nümayişçiləri arasında İnqilab broşürüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsfahanın “Nasiriyyə” dini elmi mədrəsəsi İslam İqnilabının öldünümü münasibəti ilə bu şəhərin İmam Xomeyni (r.ə) meydanında 22 Bəhmən yürüşündə iştirak edən xaricilərin arasında İnqilab broşürü payladı.

İsfahanın “Nasiriyyə” dini elmi mədrəsəsi bu badərədə İQNA-ya verdiyi xəbərdə elan etdi: İran İslam Respublikasının bütün şəhərləri ilə eyni zamanda İsfahanda da vilayətçi və inqilabçı xalq 22 Bəhmən İslam İnqilabının ildönümü münasibəti ilə bu gün səhər, bazar günü, 11 Fevral 2018-ci il, saat 9:00-dan xiyabanlara axışaraq şəhərin İmam Xomeyni (r.ə) meydanı istiqamətində İnqilab yürüşündə iştirak edirlər.

Bu münasibətlə İsfahanın “Nasiriyyə” dini elmi mədrəsəsi İslam İnqilabı mövzusunda broşürlər çap və nəşr edərək 22 Bəhmən yürüşündə iştirak edən xarici turistlərin arasında paylayıb və həmçinin tuistlərin İslam İnqilabı barədə suallarını cavablandırıblar.

İsfahanın “Nasiriyyə” dini elmi mədrəsəsi İslam İnqilabı mövzusunda çap və nəşr etdiyi broşürlər İslam İnqilabının tanınması, İslam İnqilabı İmam Xomeynin (r.ə) kəlamında və İmam Xamenei barədə mövzu və məlumatları ehtiva edir.

Qeyd edək ki, İsfahanın “Nasiriyyə” dini elmi mədrəsəsi bu şəhərdə, xüsusilə də xarici turistlər arasında İslami təbliğatın ilk qərargahı kimi tanınır və hər gün dünyanın hər yerindən gəlmiş turistlərə evsahibliyi edir.  

http://iqna.ir/fa/news/3690571/

Teqlər: iqna ، İslam ، inqilab ، iran ، 22 ، bəhmən
captcha