IQNA

İran İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü

11:56 - February 11, 2018
Xəbər sayı: 3482769
Bu gün 22 bəhmən (11 fevral) İran İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü günüdür.
İran İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümüBeynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Sahartv-yə istinadla xəbər verir ki, bu gün İran xalqı İslam İnqilabının qələbə çalmasının ildönümü münasibətiilə 22 bəhmən yürüşündə iştirak edərək, bir daha İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in yoluna habelə, İslam İnqilabının Böyük Rəhbərinə sədaqətini təzələmiş olub.
İran İslam İnqilabının qələbə çalmasının ildönümü yürüşü bu gün ölkə səviyyəsində yerli vaxtla saat 9-da başlanıb.
Tehranda 22 bəhmən yürüşü üçün 10 müxtəlif marşrut və istiqamət müəyyən edilib. Bütün bu yollar sonda Azadlıq meydanına qovuşur. Yürüş iştirakçılarının Azadlıq meydanına daxil olmasının ardınca İran İslam Respublikası prezidenti yürüş iştirakçıları qarşısında çıxış edəcək. Yürüşün sonunda bir bəyanat da qiraət olunacaq.
Tehran ilə  yanaşı İranın 1000 şəhər və qəsəbəsində 22 bəhmən yürüşləri təşkil edilib.
22 bəhmən yürüşlərini işıqlandırmaq üçün 6 mindən çox yerli jurnalist, foto-reportyor və roportyor ölkə səviyyəsində öz hazırlığını elan edib. Həmçinin, 22 bəhmən yürüşləri 250 xarici jurnalist , foto-reportyor və roportyor tərəfindən işıqlandırılacaq.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei cümə axşamı İran ordusu hava qüvvələri komandanlarının 19 bəhmən 1357-ci hicri şəmsi ilində İmam Xomeyni(rə) ilə beyət etməsinin ildönümü münasibəti ilə ordunun hava qüvvələri komandanları ilə görüşdə, bu il xalqın, ABŞ rəsmilərinin təhdidlərini nəzərə alaraq, düşmənin pusquda olduğunu hiss edərək, 22 bəhmən yürüşündə həmişə olduğundan daha geniş və əzəmətli formada iştirak edəcəyini demişdilər. 
 
captcha