IQNA

Cənubi Koreyanın qış olimpiada oyunlarında namazxana tikilməsi ləğv edili

11:08 - February 11, 2018
Xəbər sayı: 3482768
Bu barədə Cənubi Koreyanın Turizm Təşkilatı xəbər verərək deyib ki, 2018-ci ilin qış olimpiada oyunları üçün Qanqnyunq şəhərində müsəlman qonaqlar üçün səyyar namazxana tikilməsi məsələsi ləğv edildi.

Cənubi Koreyanın qış olimpiada oyunlarında namazxana tikilməsi ləğv ediliİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Koreyanın qış olimpiada oyunlarında namazxana tikilməsi ləğv edilib. Bu barədə Cənubi Koreyanın Turizm Təşkilatı xəbər verərək deyib ki, 2018-ci ilin qış olimpiada oyunları üçün Qanqnyunq şəhərində müsəlman oyunçu və tamaşaçılar üçün səyyar namazxana tikilməsi məsələsi gündəmdən çıxarılıb.

2018-ci ilin Cənubi Koreyada keçiriləcək qış olimpiada oyunlarında müsəlman qonaqlar və turistlər üçün səyyar namazxanaların tikilməsinə bu ölkənin “İslamofob” və “anti- İslam” kampaniyasının təşkilatçıları kəskin etiraz ediblər. Bunun ardınca isə Cənubi Koreyanın Turizm Təşkilatı bu layihənin icrasını ləğv edib.

Cənubi Koreyanın 51 milyonluq cəmiyyətinin təkcə 0.2 faizini müsəlmanlar təşkil edir. Amma buna baxmayaraq Cənubi Koreyanın Turizm Təşkilatı nəzərdə tutmuşdu ki, 2018-ci ilin qış olimpiada oyunlarda “müsəlmanları sevən Koreya” imicini yaratsın ki, “anti- İslam” qrupların kəskin etirazı ilə üzləşdi.

Li Cu Hua (Cənubi Koreyanın Turizm Təşkilatı nümayəndəsi) bu barədə dedi: Bu hadisə göstərdi ki, bu olimpiada oyunlarına evsahibi olaraq dərk və anlaşma məsələsində nöqsanımız var.

Cənubi Koreya qış olimpia oyunları üçün namazxana hazırladı

Cənubi Koreyanın Turizm Təşkilatı nümayəndəsi əlavə etdi: Bizim bu mövzunu dərk etməyə ehtiyacımız var ki, müxtəlif mədəniyyət və dinlərdən olan qonaqlar üçün ibadət evi tikmək mədəniyyətdir.

"Pyunqçanq 2018 qış olimpiadası" oyunları cari həftənin cümə günü başlayıb və müsəlman turistlərin də sayı hər gün artmaqdadır. Oyunlar on beş gün də bundan sonra davam edəcəkdir.

2016-cı ildə Cənubi Koreyaya səfər edən müsəlmanların sayı 930 min nəfər (33 faiz) olub ki, bu da 2012-ci ildə bu ölkəyə səfər edən 540 min müsəlmanın təqribən iki bərabəridir və çox böyük artımdır.  

Cənubi Koreyanın müsəlman turistləri əsasən İndoneziya, Malaziya və Orta Şərq ölkələrindən olurlar. Və bu ildə olimpiada oyunlarına görə on minlərlə müsəlman turistin bu ölkəyə səfəri gözlənilir.  

http://iqna.ir/fa/news/3690242

Teqlər: iqna ، olimpiada ، 2018 ، cənubi koreya
captcha