IQNA

Türkiyənin Toqat şəhər muzeyində 800 illik Quran nüsxəsi sərgiyə qoyuldu

8:52 - February 11, 2018
Xəbər sayı: 3482766
Anadolu əyalətinin ən qədim Qurani- Kərim nüsxəsi Türkiyənin şimalında yerləşən Toqat şəhəri muzeyində ümumi sərgiyə çıxarılıb.

Türkiyənin Toqat şəhər muzeyində 800 illik Quran nüsxəsi sərgiyə qoyulduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Anadolu əyalətinin ən qədim Qurani- Kərim nüsxəsi Türkiyənin şimalında yerləşən Toqat şəhəri muzeyində ümumi sərgiyə çıxarılıb.

“Anadolu” (AA) xəbər agentliyinin məlumatına görə, Adam Cakir (Anadolu əyalətinin mədəniyyət və turizm idarəsinin müdiri) bu barədə deyib: Bu Quran nüsxəsi Anadolu əyalətinin muzeylərində sərgiyə çıxarılan ən qədim əlyazma Qurani- Kərim nüsxəsidir.

Anadolu əyalətinin mədəniyyət və turizm idarəsinin müdiri edib: Bu qədim əlyazma Quran nüsxəsi Anadolu əyalətinin Toqat şəhərində kəşf edilmişdir. Sonra isə 2010-cu ildə Quniyə şəhərində təmir və bərpa olunmuşdur. Bu qədimi əlyazma nüsxə Qurani- Kərimin təmir və bərpası bir il müddətində başa çatmışdır.

Anadolu əyalətinin ən qədim Qurani- Kərim nüsxəsinin üzərində aparılan araşdırmaq və analizlər göstərir ki, bu nüsxə çox böyük ehtimala görə, milad tarixi ilə 1190-cı ildə kitabət edilmişdir.

Səkkiz yüz il tarixi olan bu qədim əlyazma Quran nüsxəsi nadir və aztapılan bir əsərdir ki, Qurani- Kərimin ərəbcə mətninin altında tərcüməsi də vardır.

http://iqna.ir/fa/news/3690209

Teqlər: iqna ، toqat ، quniyə ، anadolo ، nüsxə ، 800 ، il ، qədim ، quran ، sərgi
captcha