IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-8

Fridrix Yeberhard Boyzen; Almaniyanın tərəfsiz Quran mütərcimi

9:50 - February 04, 2018
Xəbər sayı: 3482728
Almaniyalı protestant xristian ilahiyyatçısı, yazar və mütərcim Fridrix Yeberhard Boyzen həmyerlisi Migerlin kimi Qurani- Kərimi orjinal dildən birbaşa Alman dilinə tərcümə etməyə çalışırdı.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropa və Almaniya İslami Araşdırmalar” teleqram kanalına istinadla xəbər verir ki, miladın 18-ci və 19-cu əsrlərində Alman dilinə tərcümə olunan Quranların sayı görəçarpacaq dərəcədə çoxalmağa başladı.

Həmçinin öncəki illərdəki tərcümlərdən fərqli olaraq bu əsrlərdə Qurani- Kərimin orjinal dildən, yəni Ərəb dilindən birbaşa Alman dilinə tərcümə edilməsi üçün daha çox çalışılırdı.

Bu illərdə tərcümə oluna Quranları öncəki illərdəki tərcümələrdən fərqləndirən başqa cəhət isə mütərcimlərin yeni baxış, önyarğısız və tərəfsiz olaraq tərcüməyə yanaşmaları idi, baxmayaraq ki, yenə də mənfi yanaşmalar çoxluq təşkil edirdi.

Professor Migerlinin tərcüməsinin Frankfurtda nəşrinin üzərindən bir il keçdikdən və bu tərcümənin təndiq atəşinə tuş gəlişindən sonra digər bir tərcümə Almaniyanın cənubunda Anhalet əyalətinin Zaksen şəhərində çap və nəşr edildi. Bu tərcümə Almaniyalı protestant xristian ilahiyyatçısı, yazar və mütərcim Fridrix Yeberhard Boyzen tərəfindən ərsəyə gətirilmişdi.     

Almaniyalı protestant xristian ilahiyyatçısı, yazar və mütərcim Fridrix Yeberhard Boyzen (Friedrich Eberhard Boysen) həmyerlisi Migerlin kimi Qurani- Kərimi orjinal dildən birbaşa Alman dilinə tərcümə etməyə çalışırdı.

Fridrix Yeberhard Boyzen (Friedrich Eberhard Boysen) öz tərcüməsini “Müsəlmanların Məhəmməd ibn Abdullaha nisbət verdiyi qanunlar toplusu, ya Quran” (Der Koran, oder Das Gesetz für die Muselmänner, durch Muhammed den Sohn Abdall) adı ilə çap və nəşr etdi.

Tərcümənin adından da məlum olduğu kimi bu tərcümədə önyarğı, mənfi baxış və tərəfkeşlik azdır və mütərcim çalışıbdır ki, tədqiq əsasında və tərəfkeşlik etmədən bir əsər yaratsın.

Bu əsəri Alman dilinə ilk tərcümə edilmiş Quran saymaq olar ki, onun tərcüməsində mənfi tərəfkeşlik olmayıb və ya az olub. Həmçinin İslam, müsəlmanlar və Peyğəmbər (s) barədə pis sözlər işlədilməyib.

Fridrix Yeberhard Boyzen (Friedrich Eberhard Boysen) çalışıb ki, tərcümə zamanı Qurani- Kərim ədəbi və dilçilik qaydalarını qorusun, Quranın ayə sonluqlarındakı qafiyə vəznlərini tərcümədə də riayət etsin. Əlbəttə bəzi yerlərdə də ayədən baş düşdüyünü yazıb ki, bu da tərcümə zamanı diqqətin azalmasına bais olmuşdur.

Almaniyalı yazar Suzan Şuruter “Allah şax damardan daha yaxındır; Almaniyada müsəlman möminlər” (Gott näher als der eigenen Halsschlagader: Fromme Muslime in Deutschland) adlı kitabında da işarə edir ki, bu tərcümə Merglinin tərcüməsinə nisbətdə daha çox diqqət və dəqiqlik ilə tərcümə olunub və Quranın dil qruluşuna diqqət edilmişdir.  

Almaniyalı protestant xristian ilahiyyatçısı, yazar və mütərcim Fridrix Yeberhard Boyzenin (Friedrich Eberhard Boysen) tərcüməsi 1773-cü ildə Hale şəhərində 678 səhifədə çap və nəşr edildi.

http://iqna.ir/fa/news/3687770

Fridrix Yeberhard Boyzen; Almaniyanın tərəfsiz Quran mütərcimi

Fridrix Yeberhard Boyzen; Almaniyanın tərəfsiz Quran mütərcimi

 

captcha