IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-3

Teoder Arnouldun Quran tərcüməsi Götenin ilham pərisi

15:52 - January 24, 2018
Xəbər sayı: 3482686
Almaniyalı ədəbiyyatçı, dilçi və Qurani-Kərimin mütərcimi Teoder Arnould 1683-cü ildə Almaniyanın Zakesin əyalətinin Anaberq şəhərində anadan oldu.

Teoder Arnouldun Quran tərcüməsi Götenin ilham pərisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropada, xüsusilə də Almaniyada Quran və İslam araşdırmaları tarixçəsinə nəzər salsaq, görəcəyik ki, müasir dövrə yaxınlaşdıqca şərqşünaslıq, İslami araşdırmalar və Qurani- Kərimin tərcüməsi keşiş və ilahiyyatçılarından inhisarından çıxır və digər sahələrin də mütəxəssisləri bu meydana girirlər. Bunu isə Avropda kilsənin zəifləməsinin və qüdrətdən kənarlaşdırılmasının məlulu hesab etmək olar.

Çünki müasir dövrə yaxınlaşdıqca yeni- yeni müəssisələr və təşkilatlar peyda oldular ki, şərqşünaslıq, İslmaşünaslıq və Quranın araşdırılması məsələsinə yeni hədəflərlə qoşuldular.

Əlbəttə bu iş məsihi ruhanilərinin inhisarından çıxsa da yenə də bir sıra ruhanilər bu işi ciddi cəhdlə davam etdirdilər. Bundan əlavə də iş ruhanilərin inhisarından çıxsa da, müsəlmanlar və Quran barədə onların dövründə olan təfəkkür tərzi və İslama baxış dəyişilməz qaldı.

Çünki İslami və şərqi araşdırmalar yönündə təsis edilən müəssisələrin əksəriyyəti istemarçı və imperialist qüvvələr tərəfindən himayə və idarə edilirdi və onların siyasəti yönündə və onların baxışı istiqamətində iş görürdülər. Yenə də qeyd edirik ki, bu baxış ümumi deyildi və məsələyə həqiqətən də araşdırmaçı gözü ilə və insafla yanaşanlar da var idi.

Bundan öncə İQNA sizə Qurani- Kərimin Alman dilinə mütərcimləri barədə bir neçə nəfərin barəsində məlumat vermişdi. Bu gün isə digər tərcüməçi Teoder Arnouldun barəsində söhbət edəcəyik.  

Almaniyalı ədəbiyyatçı, dilçi və Qurani-Kərimin mütərcimi Teoder Arnould 1683-cü ildə Almaniyanın Zakesin əyalətinin Annaberq şəhərində anadan oldu. O, Almaniyanın Leypsiq şəhər universitetində (Universität Leipzig) İngilis dili və ədəbiyyatı (Angelistik) müəllimi idi. Bundan əlavə Alman və İngilis dillərində bir çox əsərlər yazdı və İngilis dilli əsərlərdən bir neçəsini Alman dilinə tərcümə etdi.

Onun tərcümə etdiyi əsərlərdən biri də Qurani- Kərimin Alman dilinə tərcüməsidir. O, Qurani- Kərimi Corc Silin (George Sales) İngilis dilinə tərcüməsindən 1746- cı ildə Alman dilinə tərcümə etmiş və ilik dəfə iki cilddı çap etmişdir.

Bu tərcüməni Qurani- Kərimin Alman dilinə ilk tərcümlərindən hesab etmək olar. Çünki ondan öncəki tərcümələrdə Qurani- Kərimin bütün surələri tərcümə edilməmişdi və ya bir çox surələrin dəqiq mətni deyil, məzmunu tərcümə və xülasə edilmişdi.  

Almaniyalı ədəbiyyatçı, dilçi və Qurani-Kərimin mütərcimi Teoder Arnouldun tərcüməsini digər tərcümələr ilə müqayisədə daha az tərəfkeşlik və təəssübkeşliyə malikdir. Amma yenə də tərcümədə dəqiq və yüksək diqqətə malik deyil.   

Teoder Arnouldun  almaniyalı şair və ədəbiyyatşünas Yohann Volfqanq Götenin ilham aldığı tərcümədir ki, Göte bu tərcümədən özünün “Qərbi- Şərqi” divanını yazarkən istifadə etmişdir.   

http://iqna.ir/fa/news/3684156

ترجمه قرآن «تئودور آرنولد»؛ الهام‌بخش گوته

 ترجمه قرآن «تئودور آرنولد»؛ الهام‌بخش گوته

 

Teqlər: iqna ، quran ، tərcümə ، alman ، ingilis
captcha