IQNA

Reyin Şah Əbdül-Əzim ziyarətgahı ilə tanışlıq

23:48 - January 01, 2018
Xəbər sayı: 3482583
Bu ziyarətgahda görülmüş müasir işlərdən şəbistan, rəvaq, müsəlla, idarəçilik evi, kitabxana, Hədis Elmləri universiteti və hərəmin ətrafında 20 metrlik xiyaban salınmasına işarə etmək olar.

Reyin Şah Əbdül-Əzim ziyarətgahı ilə tanışlıqİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İranın paytaxtı Tehranın tərkib hissəsi olan Rey şəhəri qədim şəhərlərdən biridir. Bu şəhər İmam Həsənin (ə) 4-cü nəvəsi Həzrət Şah Əbdüləzim Həsəninin bu şəhərə gəlişi və burada dəfn olunmasından sonra şiələr arasında hörmət və rəğbət qazanmışdır və şiələr daima bu şəhərdəki mübarək məzarın ziyarətinə gedirlər. Ziyarətgahda görülmüş müasir işləri qeyd etməzdən öncə hörmətli oxucularımızı İmamzadə Şah Əbdüləzim Həsəni ilə tanış edirik.

İmamzadə Əbdüləzim ibn Abdullah ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəba (ə) İmam Həsənin (ə) nəvələrindən olub, nəsil-nəcabəti dörd vasitə ilə o həzrətə çatır. Atası Abdullah, anası isə Üqbə ibn Qeysin qızı Fatimədir.

O, 173-cü hicri-qəməri ilində Mədinə şəhərində yeddinci imamımız imam Kazimin (ə) imaməti dövründə dünyaya göz açmış və onuncu imamımız imam Hadinin (ə) imaməti dövründə yetmiş doqquz yaşında ikən vəfat etmişdir. Demək, imamzadə Əbdüləzim Həsəni dörd məsum imamın – imam Kazim (ə), imam Rza (ə), imam Cavad (ə) və imam Hadinin (ə) imaməti dövründə yaşamış, imam Rza (ə), imam Cavad (ə) və imam Hadidən (ə) bir çox hədislər nəql etmişdir.

Reyin Şah Əbdül-Əzim ziyarətgahı ilə tanışlıq

Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə tanınmış və əsl-nəsəbi belədir: Əbdüləzim ibn Abdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən Müctəba (ə). (“Müntəhəl-amal”, Şüyx Abbas Qummi, 1-ci cild, səh.457.)

Bəzi tarixi mənbələrdə göstərilir ki, həzrət Əbüdüləzim Həsəni 250-ci hicri-qəməri ilində imam Hadinin (ə) mübarək əmri və göstərişinə əsasən, dini təbliğ və şiələrə rəhbərlik etmək məqsədilə İraqdan Reyə yollanır. (“Şenaxtnameye həzrət Əbüləzim Həsəni (ə)”, Əliəkbər Zəmaninejad, 13-cü cild, səh.188.)

İmamzadə Əbdüləzim Həsəni İranın Rey şəhərində dəfn olunmuşdur. Sözsüz ki, onun doğulduğu Mədinə şəhərindən Rey şəhərinə köçməsi və qərib vilayətdə yaşaması həmin dövrə hakim siyasi-ictimai vəziyyətlə əlaqədar olmuşdur. Abbasi xəlifələrinin məsum imamlarla, onların övladları və şiələri ilə amansız və qəddar rəftarları tarixin danılmaz həqiqətlərindəndir. Onların içərisində imamlar və ardıcılları ilə ən pis rəftar edən xəlifələrdən biri də Mütəvəkkil Abbasi idi. Onun xilafəti dönəmində Kərbəlada şəhidlər sərvəri imam Hüseynin (ə) məqbərəsi dəfələrlə uçurdulmuş və o həzrətin ziyarəti qadağan edilmişdir.

Reyin Şah Əbdül-Əzim ziyarətgahı ilə tanışlıq

Tarixdə göstərilir ki, onun xilafəti zamanı seyidlər və şiələr acınacaqlı bir şəraitdə yaşamışlar. Həzrət Əbdüləzim Həsəni də Abbasi xəlifələrinin kin-küdurət və düşmənçiliyindən amanda qalmamış və qətlə məhkum edilmişdi. Belə ağır bir dönəmdə Əbdüləzim İraqın Samirra şəhərinə gedib imam Hadi (ə) ilə görüşür və dini əqidələrini o həzrətə açıqladıqda, Həzrət onu təsdiqləyərək buyurur: “Sən bizim dostlarımızdansan!” (“Biharul-ənvar”, 3-cü cild, səh.268.)

İmamzadə Əbdüləzim Həsəninin müqəddəs türbə və ziyarətgahı hazırda Tehranın Rey qəsəbəsində yerləşir. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır.

Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir.

Bu türbədən qədimdən tarixi eksponatlar mövcuddur, o cümlədən Əbdüləzimə aid türbə sandığı ki, istehsal tarixi 1335 miladi ilinə aiddir, iki taxta kitabələri lövhəsi ki, yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü ilinə aiddir. Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.

Reyin Şah Əbdül-Əzim ziyarətgahı ilə tanışlıq

İmamzadə uzun müddət baxımsız qalsa da, İran İslam İnqilabından sonra Həzrət Ayətullah Reyşəhrinin bu imamzadənin idarə heyətinin rəisliyinə təyin olunmasından (30.01.1369 hş) sonra ziyarətgahda gözçarpacaq dərəcədə təmir və tikinti işləri aparılıb və müasir standartlara uyğunlaşıdırılıb.

İmamzadə Şah Əbdüləzim hərəminin əsas özülü keçmişdə təkcə 4000 kv.metr idi, amma yeni idarə heyəti iş başlına gəldikdən sonra 37 min kv.metr üzərində quruldu və hərəmin ümumu sahəsi hər tərəfdən 200 metr genişləndirilərək 120 kv. metr ərazini əhatə etdi.

Hərəmin genişləndirilməsi və yenidən qurulması layihəsinin icrasına həm vəqflər, həm xeyriyyə fondları və həm də fərdi köməklər edilir.

Bu köməklər ilə hərəm üçün kitabxana, zairsaray, hamam və tualetlər, nəqliyyat imkanları, maşın parkı, uşaqlar üçün oyun parkı, istirahət parkı, paliklinka, aptek və elmi mərkəzlər tikildi.  

Bundan əlavə ziyarətgahda görülmüş müasir işlərdən şəbistan, rəvaq, müsəlla, idarəçilik evi, 100 min cild kitab tutumlu kitabxana, Hədis Elmləri universiteti və hərəmin ətrafında 20 metrlik xiyaban salınmasına işarə etmək olar.

Ziyarətgahda Şah Əbdüləzimdən əlavə İmamzadə Həmzə və İmamzadə Tahir adlı iki imam övladı da vardır ki, hərəmin genişləndirilməsi zamanı bu imamzadələrin ətrafında da böyük səhnlər (geniş otaqlar) tikilmişdir.

Bunda əlavə hərəmin ətrafında “hikmət” mədrəsələri, İsna Əşəri Hüseyniyyəsi, Bafəqi məscidi, Quran qiraəti hüseyniyyəsi layihəsi həyata keçirilmiş, Reydən kənarda isə Hədis Elmləri universitetinin filialı Qum şəhərində tikilmiş, Məşhəd Rey ziyarətgahının tabeliyində olan Kövsər ziyarət evi istifadəyə verilmişdir.

Reyin Şah Əbdül-Əzim ziyarətgahı ilə tanışlıq

Hərəmdə dəfn edilən üç imamzadənin (Həzrət Həmzə, Həzrət Tahir və Şah Əbdüləzim) qəbirləri bir ortaq kalidor ilə birləşdirilmişdir. 

Hərəmin qədim eyvanlarından olan “Bağçe Əli Xan” eyvanı müsəlla (böyük izdihamlı camaat namazlarının qılınması üçün yer) kimi istifadəyə verilmişdir.

Həzrət Şah Əbdüləzim ziyarətgahı iyirmi il öncəyədək muzeysiz idi və bu ziyarətgahın qədim əşyaları anbarda saxlanılırdı. Amma son dövrlərdə ziyarətgah üçün “Tuti bağı səhni”ndə muzey də tikilib istifadəyə verildi.

Bundan əlavə ziyarətgahın bütün bölmələri yenidən bəzədilib, imamzadələrin üzərində yeni zərihlər tikilmişdir.

http://iqna.ir/fa/news/3678125   

 

  

 

 

 

 

 

 

Teqlər: iqna ، rey ، şah əbdüləzim ، tehran
captcha