IQNA

Əl-Cəzirə iddia etdi:

Kərkükdə İraqın xalq könüllüləri dəstəsinin 12 nəfəri ölüb

11:05 - October 16, 2017
Xəbər sayı: 3482268
"əl-Cəzirə" xəbər portalı təcili paylaşdığı bir xəbərdə Pişmərgə qoşunlarının xəbər qaynaqlarına istinadla iddia etdi ki, Kərkükdə İraqın xalq könüllüləri dəstəsinin döyüşçülərindən 12 nəfəri ölüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 16 Oktyabr 2017-ci il, Kərkükün cənubunda "Tazə" şəhəri ətrafında İraqın xalq könüllüləri dəstəsinin döyüşçüləri ilə Kürd Pişmərgə qoşunları arasında ağır arteriya vasitəsi ilə döyüşmə baş verib.

"əl-Cəzirə" xəbər və informasiya portalı təcili paylaşdığı bir xəbərdə Pişmərgə qoşunlarının xəbər qaynaqlarına istinadla iddia etdi ki, Kərkükün "əs-Sənai" rayonunda gedən döyüşlərdə İraqın xalq könüllüləri dəstəsinin döyüşçülərindən 12 nəfəri ölüb.

Heydər Əl-İbadi kərküklülərdən istəyib ki, İraq qoşunları ilə həmkarlıq etsinlər və həmçinin qoşunlara əmr verib ki, Kərkük neft quyularına nəzarəti əldə saxlasınlar, eyni halda Pişmərgə qoşunları ilə savaşa girməkdən çəkinsinlər və bacardıqları qədər İraq vətəndaşlarının canını qorusunlar.

http://www.iqna.ir/fa/news/3653245


Teqlər: iqna ، kürd ، Ərəb ، kərkük ، türk ، pişmərgə
captcha