IQNA

Banqladeşli yeniyetmə Qurani-Kərimi 86 gündə əzbərlədi

0:22 - October 15, 2017
Xəbər sayı: 3482261
Banqladeşli yeniyetmə 11 yaşlı Yasir Ərəfat Quran-Kərimi 86 gün ərzində əzbərləyə və hifz edə bilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeşli yeniyetmə 11 yaşlı Yasir Ərəfat Quran-Kərimi 86 gün ərzində əzbərləyə və hifz edə bilib.

Bu hadisə banqladeşliləri, Quran oxumağı öyrənmək, Quranı əzbərləmək istəyənləri və bütün Quran aşiqlərini həm təəccübləndirib və həm də sevindirib.

On bir yaşlı Quran hafizi hər gün Qurani-Kərimdən yeddi səhifəni hifz edib və həmçinin öncə hifz etdiklərini təkrarlayaraq hafizəsində möhkəmləndirib.

Banqladeşin Kakasbazar şəhərinin "Tənzimul-Ümmət" mədrəsəsində təhsil alan Yasin Ərəfat orta məktəbin altıncı sinifində oxuyur, 5-ci sinifi oxuyarkən Qurani-Kərimi hifz etməyə başlayıb, dərslərində əlaçıdır, idmanla məşğul olur və bundan əlavə məktəbin mədəni-ictimai işlərində yaxından iştirak edir.

Banqladeşin "beynəlxalq Quran-Kərim müəssisəsi" Dakada bu yeniyetmə Quran hafizinin şərəfinə mərasim keçirilib.

Qeyd edək ki, İslami ölkələr arasında Banqladeş Qurani-Kərim hafizlərinin say çoxluğu ilə tanınan ölkələrdən biridir.

http://www.iqna.ir/fa/news/3652590


Teqlər: iqna ، quran hafizi ، banqladeş
captcha